“Limon turşusu”nun adminləri həbs olundu

Kriminal

Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Patrul.az “Lent.az”a istinadən xəbər verir ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərov olduqları müəyyən edilib.

Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə hər biri 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir