11 nəfərin zəhərləndiyi restoran YAP-ın sabiq sədrinə məxsus imiş – FOTOSU

Cəmiyyət

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən “Narın Qala” restoranında zəhərlənmə hadisə baş verib.

Patrul.az xəbər verir ki, 11 nəfər qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.

AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi “Narın Qala” restoranı YAP Şəmkir Rayon Təşkilatının keçmiş sədri Fəxrəddin Vəliyevə məxsus olub. Fəxrəddin Vəliyevin oğlu Vəli Vəliyev tərəfindən idarə olunur.

Qeyd edək ki, Fəxrəddin Vəliyev iyulun 6-da təqaüd yaşı ilə əlaqədar YAP Şəmkir Rayon Təşkilatının keçmiş sədri vəzifəsindən azad edilib.

media-inshot_20260716_175126409

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir