
İyunun 22-dən 23-nə keçən gecə, saat 01:00 radələrində Bakının mərkəzində yerləşən Tarqovu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Patrul.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində xarici vətəndaş bıçaq xəsarəti alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə Azərbaycan vətəndaşı, 1985-ci il təvəllüdlü olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi, eləcə də xəsarət alan xarici vətəndaşın vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.
102info.az
