Dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Paytaxtın Nəsimi rayonunda 2 nəfər polisə müraciət edərək ümumilikdə 14560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər.

Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir