Şəhid baş leytenant Mahir Quliyevin anım mərasimi keçirildi

Hərbi


l Qarabağ müharibəsi şəhidi, vətənimizin qəhrəman oğlu, tabor komandiri Quliyev Mahir İbrahim oğlunun anım günü keçirildi.
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək şəhid Mahir Quliyevin qəhramanlığından, keçdiyi döyüş yolundan və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı, hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi.
Tədbirdə Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri, gənclər və şəhidin ailə üzvləri iştirak etdilər.
Çıxış edənlərdən Cəfər Əzizoğlu, filоlоgiyа üzrə fəlsəfə dоktоru İlham Məmmədli, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı, Kəlbəcərli ziyalılardan Vahid Həsənov, Nadir Həsənov, tədqiqatçı jurnalist Ədil Arifoğlu, Qarabağ müharibəsi veteranı Mayıl Adilov, pedaqoq Sabir Mirzəyev, Kəlbəcər rayon 18 saylı orta məktəbin direktoru Arzuman Qarayev, Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərov və digərləri tabor komandiri şəhid Mahir Quliyevin keçdiyi həyat yolundan və qəhrəmanlığından söz açaraq, qəhrəman döyüşçüylə bağlı xatirələrini bölüşdülər.
Baş leytenant Mahir Quliyevin Murovdağ əməliyyatında, Keçmiş Ağcakənd rayonunun yağılardan təmizlənməsində, Laçının, Füzulinin, Xocavəndin, Kəlbəcərin müdafiəsində xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərməsini qeyd etdilər.
Sonda çıxış edən şəhid Mahir Quliyevin qardaşı, əməkdar jurnalist Əlövsət Ağalarov tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, qeyd etdi ki, bu günə şükürlər olsun ki, 27 sentyabr 2020-ci ildən başlayan 44 günlük vətən müharibəsində qəhrəman oğullarımız şəhidlərimizin qisasını aldılar.
Quliyev Mahir İbrahim oğlu 14 mart 1969-cu ildə Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Ümumqoşun məktəbinə daxil olmuş və oranı bitirdikdən sonra hərbi xidmətini Rusiyanın Samara şəhərində davam etdirmişdir. 1991-ci ildə Vətənə dönmüş və “Goranboy batalyonu”nda xidmət etməklə Goranboy, Ağdərə, Tərtər bölgələrinin erməni işğalçılarından azad edilməsində iştirak etmiş, hərbi bacarığı ilə seçilmişdir. 1992-ci ildən “Əfsanəvi alayda tabor komandiri təyin edilmiş Azərbaycan Ordusunun zabiti kimi döyüşlərin ən gərgin nöqtələrinə atılmışdır. Keçmiş Ağcakənd rayonunun yağılardan təmizlənməsində, Laçının, Füzulinin, Xocavəndin, Kəlbəcərin müdafiəsində baş leytenant Mahir Quliyevin dəstəsi xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərmiş, Laçın
bölgəsindəki döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 8 aprel 1993-cü ildə Murovdağın ətəyində Kəlbəcər uğrunda gedən döyüşlərdə Şəhid olub.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir