Quliyev Səyyar Knyaz oğlu – Aprel döyüşlərinin qəhrəmanı

Qəhraman vətən oğlulları

Səyyar Knyaz oğlu Quliyev 1986-cı ildə Azərbaycanın Füzuli rayonunun Zobcuq kəndində anadan olmuşdur. O, uşaqlıq illərindən vətənpərvərliyi və əzmkarlığı ilə seçilmiş, ailəsinə və doğma torpağına bağlı bir insan kimi böyümüşdür. Erkən yaşlarından vətən sevgisini qəlbində daşıyan Səyyar, orta məktəbi bitirdikdən sonra 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmışdır.

Hərbi xidməti başa vurduqdan sonra vətənə xidməti davam etdirmək arzusu ilə Füzuli rayonunun hərbi mühafizə polisində işə qəbul olunmuşdur. Lakin bu onun üçün kifayət etmirdi; Səyyar hər zaman ön cəbhədə xidmət etmək istəyirdi. 2014-cü ilin yayında o, yenidən Azərbaycan Milli Ordusunda xidmətə yazıldı və ön cəbhədə xidmət etməyə başladı.

Aprel döyüşlərində qəhrəmanlıqla şəhid oldu

Kiçik çavuş rütbəsinə qədər yüksələn Səyyar Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən “Aprel döyüşləri” zamanı qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixinə yazılmış bu döyüşlərdə Səyyar Quliyev öz cəsarəti, qorxmazlığı və vətənə sədaqəti ilə seçilmişdir. Döyüşlər zamanı düşmən qüvvələrinə qarşı göstərdiyi şücaət onun adını Azərbaycan tarixinə əbədi həkk etmişdir.

Şəhidimizin nəşi 2016-cı il aprelin 8-də doğulduğu Füzuli rayonunun Zobcuq kəndində böyük izdihamın iştirakı ilə dəfn edilmişdir. Onunla vida mərasimində yaxınları, döyüş yoldaşları, dövlət və hərbi rəhbərlik nümayəndələri iştirak etmiş, qəhrəmanın əziz xatirəsi ehtiramla anılmışdır.

Dövlət tərəfindən təltif olunması və əbədiyaşar xatirəsi

Səyyar Quliyev göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuşdur. Bu medal onun döyüş meydanında göstərdiyi qəhrəmanlıq və fədakarlığın bir simvoludur.

Şəhidin adı və əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Onun qəhrəmanlığı gənc nəsillər üçün bir örnək olacaq, gələcək nəsillər bu igidlərin fədakarlığını unutmayacaqdır.

Ölümündən sonra dünyaya gələn övladı – Zeynəb

Səyyar Quliyevin şəhid olmasından beş ay sonra, 2016-cı ilin 20 sentyabr tarixində onun övladı – Zeynəb dünyaya göz açmışdır. Qəhrəmanın qanını daşıyan bu körpə onun adını daim yaşadacaq, atasının fəxarətli irsini layiqincə daşıyacaqdır.

Səyyar Quliyev təkcə ailəsinin deyil, bütün Azərbaycanın oğlu, qəhrəmanı olaraq tarixə düşmüşdür. Onun ruhu daim bizimlədir, xatirəsi isə unudulmazdır! Allah rəhmət eləsin!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir