Peykdən görüntüləndi: Rusiya Voronej aerodromunda onlarla qırıcı toplayıb – FOTO

Dünya

Rusiya Voronejdəki hərbi aerodromda çoxlu sayda qırıcı və təyyarə toplayıb.

Bu barədə “Planet Labs”ın peyk şəkillərinə istinadən “Orion Intel OSINT” bloqunda məlumat verilib.

Görüntülərdə ən azı 32 ədəd Su-27 qırıcısı, bir ədəd İl-76 və digər təyyarələr əks olunub.

Aviasiya Voronejdə 2021-ci ilin noyabrında uzun illər yenidənqurmadan sonra açılan “Baltimor” bazasına yığılıb. Çox güman ki, Rusiya Ordusu üçün məhz bura Ukrayna üzərində uçan təyyarələr üçün əsas baza hesab edilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir