Zaur Nəbiyev: Sözə Sevgisi və Ədəbiyyata Həsr Olunmuş Ömür

Mədəniyyət

Nəbiyev Zaur Köçəri oğlu – Həyat və Yaradıcılığı.

Nəbiyev Zaur Köçəri oğlu 20 iyul 1998-ci ildə Azərbaycanın gözəl guşələrindən biri olan Oğuz rayonunda anadan olmuşdur. Əslən Qarabağın dilbər guşəsi Kəlbəcər rayonunun Kəsdək kəndindəndir.

O, 2015-ci ildə orta təhsilini uğurla başa vuraraq, ali təhsil almaq məqsədilə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur. Burada Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil almış və 2019-cu ildə universiteti müvəffəqiyyətlə bitirmişdir.

Zaur Nəbiyev ədəbiyyata və söz sənətinə olan dərin sevgisi ilə seçilir. Hələ tələbəlik illərindən bəri poeziyaya maraq göstərmiş, müxtəlif mövzularda şeirlər qələmə almışdır. Onun yaradıcılığı əsasən Vətən sevgisi, insan duyğuları, sevgi və həyatın müxtəlif çalarlarını əks etdirən mövzulardan ibarətdir.

Hal-hazırda həvəskar şair kimi fəaliyyət göstərir və ədəbiyyat sahəsində öz sözünü demək üçün daim axtarışda olan bir sənətkar kimi çalışır. Onun yazdığı şeirlər oxucular tərəfindən maraqla qarşılanır və gələcəkdə poeziya sahəsində daha geniş tanınacağına ümid edilir.

Yazıçı və müəllim kimi öz bilik və bacarıqlarını daim inkişaf etdirməyə çalışan Zaur Nəbiyev, Azərbaycan ədəbiyyatına töhfə vermək və dilimizin zənginliyini oxuculara çatdırmaq məqsədilə öz yaradıcılığını davam etdirir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir