Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçiriblər.

Keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Nicat Quliyev və G.Teymurova saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın marixuana və heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir