Yol Təhlükəsizliyinin Qorunmasında Jurnalistlərin Peşəkarlığına Minnətdarlıq

Azərbaycan Polisi

Təqaüddə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin sabiq təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, 6 noyabr – Radio və Televiziya işçiləri günü münasibətilə jurnalistləri təbrik edib.

“Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və təşviqat işinin rolu çox böyükdür. Qəzaların qarşısının alınması məqsədilə kütləvi informasiya vasitələrinin köməyindən istifadə edərək mütəmadi olaraq təbliğat və maarifləndirmə işləri aparmışıq. Uzun müddət yol hərəkətinin təhlükəsizliyi sahəsində sizinlə birgə fəaliyyət göstərmişik. Sizin yüksək peşəkarlığınızla aparılan təbliğat və təşviqat işlərini ictimaiyyətə çatdırmış və insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində birgə bir çox işlər görmüşük. Dövlət Yol Polisinin xidməti fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya, eləcə də mənimlə səmimi əməkdaşlığınıza görə hər birinizə təşəkkür edirəm. Peşə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Hər zaman yanınızdayam və dəstək göstərməyə hazıram.”

Hörmətlə,
Tural Niftalıyev

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir