Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: “Haber Global”ın yayımladığı peyk görüntüləri Ermənistanı ifşa etdi – FOTO

Dünya

“Haber Qlobal” bir neçə gün əvvəl Ermənistan ordusunun qeydiyyatda olan “Su-30” tipli dörd döyüş təyyarəsini pilotlarla birlikdə martın 25-də Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya göndərilməsi ilə əlaqədar xəbər geniş rezonans doğurub.

“Haber Global” bu xəbəri dərc etdikdən sonra Ermənistan tərəfi inkar variantına əl ataraq məlumatı təkzib etmək yolunu tutub.

Xəbərə Ermənistanın baş naziri Nikol Paşinyan da reaksiya verib.

O, bu  “xəbərin doğru olmadığını” iddia edərək, “təyyarələrimiz heç vaxt ərazimizi tərk etməyib” açıqlamasını verib.

Lakin Haber Global Ermənistan tərəfinin iddialarını ifşa edən peyk görüntülərini əldə edib. 

Belə ki, 18 mart 2022-ci ildə çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 ədəd “SU-30 “tipli döyüş təyyarəsi görünüb.

Lakin martın 25-də çəkilən ikinci görüntüdə isə eyni məkanda fərqli mənzərənin olduğu ortaya çıxıb. Görüntülərdə Rusiyaya göndərilən “SU-30” təyyarələrinin olmadığı görünür. Onların olduğu yerdə “MiQ-29” döyüş təyyarəsinin olduğu aydın əks olunub.

Qeyd edək ki, “SU-30” döyüş təyyarəsi reaktiv mühərriki “F-14” və “F-15” təyyarələri ilə rəqabət aparmaq üçün hazırlanmışdır.

Ermənistan 2019-cu ildə Rusiyadan dörd ədəd “SU-30 sifariş” verib. Bu təyyarələrin çatdırılması 2020-ci ilin may ayında baş tutub.

Lakin Ermənistan sözügedən təyyarələrin xidmətindən istifadə etməyib və yuxarıda da qeyd edildiyi kimi martın 25-də onları Rusiya ordusunun istifadəsinə verib. Həmçinin “SU-30”ların erməni pilotları da Rusiyaya uçub.

Məlumatda qeyd edilir ki, təyyarələr 23 mart 2022-ci ildə Rusiyaya göndərilib. Onların yola düşmə yeri İrəvandakı Erebuni aviabazası olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir