Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova

Azərbaycan Polisi

Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova

Hörmətli cənab nazir!
Biz aşağıda imza edən Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhərinin Səbail rayonun sakinləri Nəbiyev Bahadur, Hüseyinov Babək, Həsənov Xalid, Hacıyev Heydər, Nəbiyev Xələf, İdrisov Səfər, Hüseyinov Vüqar və Nəbili Tunar polisin cinayətkarlığın bütün növ təzahürlərinə, ələlxüsus da narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə işini alqışlayırıq. Sözün həqiqi mənasında hünər göstərən Azərbaycan polisi narkomaniyaya qarşı həm inzibati yolla, həm də maarifçilik üsulu ilə mübarizə aparır.
Azərbaycan polisi müxtəlif layihələr çərçivəsində müxtəlif auditoriyalarda, ali və orta məktəblərdə, müəssisələrdə narkomaniyaya qarşı maarifçilik tədbirləri həyata keçirir, yeniyetmələri, gəncləri bu yolla narkotiklə mübarizəyə təşviq edir.
Gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, ondan istifadə və alqı-satqı ilə məşğul olanların araşdırılıb, cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə polis əməkdaşları davamlı reydlər keçirirlər. Narkomaniya ilə məşğul olanların toplaşdığı yerlər müəyyən edilir və nəzarətə götürülür.
Yaşadığımız ərazidə asayişin keşiyində ayıq-sayıq dayanan Səbail Rayon Polis İdarəsinin şəxsi heyəti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində qətiyyətlidirlər. Onlar gənclərimizin zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verirlər.
Odur ki, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan Polisinə təşəkkür edir, dövlətçiliyimizin möhkəömləndirilməsi, vətəndaşların təhlükəsizliyinin təmini kimi vacib vəzifənizdə uğurlar arzulayırıq.

Yaşasın Azərbaycan polisi!

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir