Şəhid Asiman İmamverdiyevin anası: “Oğlum dedi ki, nə olursa-olsun hərbiyə gedəcəyəm” – VİDEO

Cəmiyyət


Baku TV sentyabr döyüşlərində şəhid olan Asiman İmamverdiyevin ailəsini ziyarət edib.

Şəhidin anası Nafiyət İmamverdiyevanın sözlərinə görə, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub:

“Dedi ki, nə olur-olsun hərbiyə gedəcəyəm. Türkiyədə təlim keçəndən sonra Tovuz döyüşlərində iştirak etdi. Göstərdiyi rəşadətə görə ona “Azərbaycan Bayrağı” ordeni verildi”.

A.İmamverdiyevin həyat yoldaşı Maral İmamverdiyeva isə şəhidimizin qayğıkeş ata olduğunu vurğulayıb:

“Qızımda anadangəlmə ürək qüsuru olduğu üçün ona görə çox narahat idi. İnanıram ki, indi rahatdır. Nuray əməliyyat olunub, çox yaxşıdır”.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir