
Son illərdə gənclər arasında kitab oxumağa marağın azalması, əvəzində isə qısa video platformalarına ayrılan vaxtın artması diqqət çəkir. Bəs bu dəyişiklik nədən qaynaqlanır?
Patrul.az-ın araşdırmasına görə, qısa videolar sürətli və asan istehlak olunan məzmun təqdim etdiyi üçün gənclərin diqqətini daha tez cəlb edir. Mütəxəssislər bildirirlər ki, davamlı olaraq qısa videolara baxmaq uzun mətnlərə diqqəti saxlamağı çətinləşdirə, kitab oxuma vərdişini zəiflədə bilər. Bununla yanaşı, sosial şəbəkələrin alqoritmləri istifadəçiləri platformada daha çox vaxt keçirməyə təşviq edir və bu da kitab oxumağa ayrılan vaxtı azaldır.
Mütəxəssislərin fikrincə, qısa videoların populyarlığı kitabı tam əvəz etmir. Rəqəmsal məzmunla kitab oxuma arasında balansın qorunması həm diqqət, həm də düşünmə bacarıqlarının inkişafı baxımından vacib hesab olunur.
Cəmilə Cəfərzadə
102info.az
