Metroda texniki nasazlıq yaranıb – YENİLƏNİB

Cəmiyyət

“Dərnəgül” stansiyasında qatarda texniki nasazlıq yaranıb. 

Bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, xəttə köməkçi qatar verilib və qatar ehtiyat yola keçirilir:

“Digər marşrutlar üzrə qatarlar “Memar Əcəmi” və “Azadlıq prospekti” stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdirirlər”.

18:54

Bakı metrosunda qatar gecikib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Təxminən 6 dəqiqəyə yaxındır ki, “Dərnəgül”- “Həzi aslanov” mənzili istiqamətində metrosunun “20 Yanvar” və “Dərnəgül” stansiyalarında qatarların dayandığı qeyd edilir.

İlkin məlumata görə, gecikmə qatarlardan birində baş verən nasazlıq səbəbindən baş verib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir