Mexaniki sayğaclar daha çox qaz yazır? – RƏSMİ CAVAB

Cəmiyyət

“Mexaniki sayğacların daha çox yazması kimi fikirlər əsassızdır”. 

Lent.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirib ki, belə fikirlər sosial şəbəkələrə bilərəkdən ötürülür: 

“Guya mexaniki sayğacların bir kubmetr əvəzinə iki kubmetr yazması ilə bağlı məlumatlar yayılır. Martın 18-də medianın da iştirakı ilə keçirilən aksiyada sayğaclar yoxlanıldı. Məlum oldu ki, belə fikirlər əsassızdır”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir