Boris Conson özünün gətirdiyi qadağaya görə səs verə bilmədi

Dünya
Spread the love




Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson şəxsiyyətini təsdiq edən sənədlə fotoşəklini təqdim etmədiyi üçün yerli özünü idarə etmə orqanlarına keçirilən seçkilərə buraxılmayıb.

Qeyd olunur ki, B.Conson səsini ailəsi ilə birlikdə yaşadığı evinin qeydiyyatda olduğu Cənubi Oksfordşirdə yerləşən seçki məntəqəsində vermək istəyib.

Lakin komissiyanın rəhbəri seçki qanunvericiliyində olan tələbi əsas gətirərək Boris Consonu seçki məntəqəsinə buraxmayıb.

Nəticədə Boris Conson evə qayıtmaq məcburiyyətində qalıb və yalnız şəxsiyyətini təsdiq edən sənədlə fotoşəklini təqdim edəndən sonra məntəqəyə buraxılıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, seçkilərdə iştirak etmək üçün şəxsiyyət vəsiqəsindən əlavə fotoşəkilin də təqdim edilməsi məhz Boris Conson hökuməti tərəfindən 2022-ci ildə seçki tələblərinə salınıb.

Mənbə: BBC

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir