Balakəndə yük və minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Cəmiyyət
Spread the love


Balakən rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük və minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların müayinəsi təmin olunur, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir