Baş DYP İdarəsi tərəfindən moped və velosiped sürücülərinə işıqqaytarıcı jiletlər paylanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti Yol patrul xidməti

Baş DYP İdarəsi tərəfindən moped və velosiped sürücülərinə işıqqaytarıcı jiletlər paylanılıb

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində moped və velosiped sürücülərinə xüsusi işıqqaytarıcı jiletlər paylanılıb. Aksiya paytaxtın müxtəlif ərazilərində keçirilib. Çatdırılma xidmətini həyata keçirən şəxslərə bu jiletlər hədiyyə edilib və onlarla maarifləndirici söhbətlər aparılıb.

Aksiyanın keçirilməsində məqsəd mopedlərin iştirakı ilə baş verə biləcək                yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir. Qeyd edək ki sutkanın qaranlıq vaxtı, xüsusi ilə məhdud görünmə şəraitində bu jiletlərdən istifadə edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir