Bakının əsas prospektlərindən birindəki qəza sıxlığa səbəb oldu

Cəmiyyət

Paytaxtın Heydər Əliyev prospektində sıxlıq yaranıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospektində, əsas yolda üzü Koroğlu metrostansiyası istiqamətində (ASK Arenanı keçdikdən sonra) yol-nəqliyyat hadisəsi baş verib.

Hazırda bu səbəbdən sözügedən yolda sıxlıq müşahidə olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir