Xətai rayonu Xocalı prospektində yerləşən “Beerlin Pub”da yanğın olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün baş verib.
“Beerlin Pub”ın baca sistemində baş verən yanğın hadisə yerinə çağırılan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.
Qeyd edək ki, bir müddət öncə “Beerlin Pub” dəhşətli qətl hadisəsi ilə gündəmə gəlmişdi. Belə ki, 2021-ci il avqustun 30-da sözügedən “pub”ın mühafizəçisi Orxan Şahbazov 1980-ci il təvəllüdlü Vüqar Mustafayevi döyərək öldürmüşdü.
Həmin insidentdən sonra “Beerlin Pub”la bağlı aparılan müzakirələrdə buranın daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.
www.102info.az
