Rusiya Ukraynada fosfor bombaları istifadə edir – VİDEO

Dünya

Rusiya hərbçiləri Ukraynanın Kramatorsk şəhərində qadağan olunmuş silahlardan istifadə edir.

Bu barədə Kramatorsk Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Beloşitski məlumat verib.

Kramatorsk şəhərində rusiyalılar tərəfindən fosforlu bombaların istifadəsi ilə bağlı daha bir hadisə qeydə alınıb.

Bu cür silahların yaşayış məntəqələrində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadə edilməsi qadağandır.

Daha əvvəl Patrul Polis İdarəsinin rəis müavini məlumat vermişdi ki, Rusiya işğalçıları Luqansk vilayətinin Popasnaya şəhərində fosfor bombasından istifadə ediblər.

O qeyd edib ki, fosfor bombaları sarsıdıcı və dağıdıcı nəticələrə gətirib çıxarır.

Fosfor buxarları ilə nəfəs alınan zaman ağciyərlərdə zədələnmələr yaranır və bu havanı udan insanın havasızlıqdan boğulmasına səbəb olur, sonrakı mərhələdə isə insanın bədəni daxildən xaricə doğru yanmağa başlayır.

Mənbə: UNİAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir