Azərbaycan və Türkmənistan prezidentləri telefonla danışıb

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov son illər ərzində Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasından məmnunluqlarını ifadə ediblər. Həmçinin prezidentlər əminlik hissi ilə qeyd ediblər ki, bu əlaqələr bundan sonra da bütün sahələrdə inkişaf edəcək. Dövlət başçılarının birgə səyləri ilə əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdirilməsinə görə qarşılıqlı minnətdarlıq ifadə olunub.

Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri zəminində nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan sonra telefon söhbətinə qoşulan Sərdar Berdiməhəmmədovu Türkmənistanın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini bildirib.

Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədov təbriklərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir