Mikayıl Cabbarov Sankt-Peterburqun qubernatoru ilə görüşüb – FOTO

Dünya

İqtisadiyyat naziri Mikayıl Cabbarov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşüb. 

Nazir bu barədə özünün “X” hesabında paylaşım edib.

Paylaşımda bildirilib:

“Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun ölkəmizə səfəri çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm, gəmiqayırma kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanları nəzərdən keçirdik. Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir