Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Daxili İşlər Nazirliyi secilmis

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb. Belə ki, həmin şəxslərdən 2 ədəd “İj”və 1 ədəd “TOZ” markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlar üzrə Lerik RPŞ-də müvafiq araşdırmalar aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir