Azərbaycan təmsilçisi qrup lideri kimi 1/8 finala yüksəlib – YENİLƏNİB

Dünya


Minifutbol üzrə “Birbaşa Bakı” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında üçüncü oyununa çıxıb.

“Report” xəbər verir ki, rəqib Albaniyanın “Prestij” kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Komanda daha əvvəl Moldovanın “Volta” klubuna 4:1, Yunanıstan çempionu “Maqufana”ya 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, xallarının sayını 9-a çatdıran “Birbaşa Bakı” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.

14:54

Minifutbol üzrə “Birbaşa Bakı” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.

“Report” xəbər verir ki, rəqib Moldovanın “Volta” kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlib – 3:1.

Beləliklə, xallarının sayını 6-ya çatdıran “Birbaşa Bakı” 1/8 finala vəsiqəni təmin edib.

Üçüncü görüşdəki rəqib Albaniyanın “Prestij” klubu olacaq. Matç saat 20:00-da başlayacaq.

10:20

Bu gün “Birbaşa Bakı” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan minifutbol üzrə UEFA Çempionlar Liqasında növbəti oyunlarını keçirəcək.

“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi C qrupundakı ikinci matçında Moldovanın “Volta” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Üçüncü görüşdəki rəqib Albaniyanın “Prestij” klubu olacaq. Bu oyun isə saat 20:00-da başlayacaq. “Birbaşa Bakı” ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlib – 3:1.

“Zirə” isə F qrupunda iki oyun keçirəcək. Komanda Bakı vaxtı ilə saat 12:00-da Ukrayna “Andezit”i, saat 20:00-da Bolqarıstan “Terra Trak”ı ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir