İsmayıllıda narkotik ticarəti ilə məşğul olan şəxs tutuldu: 25 çətənə kolu və 4 kiloqram marixuana aşkar edildi

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı İxtiyar Mehdiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu , 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub. İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir