Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb – FOTO

Kriminal
Spread the love

Ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Aprel ayının 3-də saat 03:38-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4 370 ədəd narkotik tərkibli güclü təsiredici “Metadon M-40” həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.        

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir