Avropolun Haaqadakı qərargahından rəhbər işçilərin şəxsi sənədləri yoxa çıxıb

Dünya
Spread the love

Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru Ketrin de Bolle və onun üç müavininin şəxsi sənədləri təşkilatın Haaqadakı mənzil-qərargahından yoxa çıxıb.

Avropolun yüksəkrütbəli məmurlarının işləri ilə əlaqədar agentliyin təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması təşkilat daxilində etimad böhranına və baş verənlərlə bağlı genişmiqyaslı araşdırmaya səbəb olub.

Rəsmi sənədə, eləcə də Avropolun əməkdaşlarının verdikləri məlumata görə, rəhbərliyə məxsus içərisində məxfi məlumatlar olan şəxsi işlərinin çap olunmuş nüsxələri ötən ilin payızında yoxa çıxıb.

Məmurlar agentliyin bütün sənədlərini yoxlayanda bir sıra digər sənədlərin də çatışmadığını aşkar ediblər.

“Avropolun hüquq-mühafizə orqanı kimi rolunu nəzərə alsaq, işçi sənədlərinin yoxa çıxması təhlükəsizlik qaydalarının pozulması və şəxsi məlumatların açıqlanması ilə bağlı ciddi insidentdir”, – deyə sənədlərdə qeyd edilib.

Avropol rəsmilərinin sözlərinə görə, itmiş nüsxələrin bəziləri daha sonra onları polis bölməsinə gətirən Haaqa sakini tərəfindən ictimai yerdə tapılıb. Lakin onların nə vaxt yoxa çıxdıqları və nə üçün qurumdan götürüldükləri bəlli deyil.

Mənbə: Politico

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir