“Prezident məhz ədalətli sülhün tərəfdarı olduğumuzu dünyaya bəyan etdi” – Aqil Məmmədov

Baş səhifə
Spread the love

“Prezident İlham Əliyevin Astanaya səfəri, orada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin Zirvə Toplantısında iştirakı və çıxışı Azərbaycan həqiqətlərinin çatdırılması baxımından çox əhəmiyyətli oldu”.

Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində (AQEM) Vl Zirvə Toplantısının plenar iclasındakı çıxışına münasibət bildirərkən söyləyib.

Millət vəkilinin sözlərinə görə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan təkcə öz torpaqlarını Ermənistan işğalından azad etməyib, həmçinin, bölgəyə, Asiya-Avropa iqtisadi-ticari əlaqələrinə mühüm imkanlar qazandırıb:

“Cənab Prezidentin də qeyd etdiyi kimi 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Azərbaycanın haqlı mövqeyini, əldə etdiklərini, bölgəyə töhfələrini faktlarla və təsirli diplomatik üslubla şərh edən Prezident, erməni “faktlar”ının əsassızlığını, Ermənistanın ağ yalanlarını növbəti dəfə ifsa etdi. Erməni vandalizminə məruz qalmış ölkənin, xalqın rəhbəri Ermənistanın anti-Azərbaycan təbliğatına daha bir ağır zərbə vurdu”.

Prezidentin azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlara – ermənilərin işgəncə ilə öldurdüyü azərbaycanlı əsir və girovların acı taleyinə, Ermənistanın Azərbaycan ərazisində bir milyondan çox mina basdırmasına diqqət çəkməsi haqda danışan A.Məmmədov qeyd edib ki, ermənilərin havadarlarının bu həqiqətləri bilməsiz vacibdir: “Prezidentin çıxışında bildirdiyi kimi İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Müharibə başa çatsa da, Azərbaycan hələ uzun onilliklər erməni vandalizminin ağır nəticələrini üzərində hiss edəcək. Beynəlxalq hüquq, beynəlxalq məhkəmələr bütün bunlara qiymət verməlidir. Prezident Azərbaycanın ədalətin, sülhün və məhz ədalətli sülhün tərəfdarı olduğunu bir daha bəyan etdi. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. İndi Azərbaycan Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin tam icrasını gözləyir” 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir