Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşüb – ANBAAN VİDEO

Cəmiyyət

Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşüb.

“Report” xəbər verir ki, hadisə Səmədabad kəndində, X. Quliyevə məxsus ərzaq mağazasında qeydə alınıb.

Belə ki, oğru mağazaya damdan daxil olaraq təxminən 1 300 manat nəğd pul və 1 700 manatlıq siqaret aparıb.

Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Artıq oğurluqda şübhəli bilinən şəxsi rayon polisi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir