Bir daş belə faciəyə səbəb ola bilərdi: KamAZ-la təhlükəli yükdaşıma

Cəmiyyət

Patrul.az redaksiyasına təqdim olunan videogörüntüdə Zabrat 2 yolu istiqamətində hərəkət edən 32-BF-304 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı yük avtomobilinin yol hərəkəti və yükdaşıma qaydalarını kobud şəkildə pozduğu əks olunub.

Videogörüntülərdən görünür ki, yük avtomobilinin ban hissəsinə daş və ya digər tikinti materialları normadan artıq, tam dolu vəziyyətdə yüklənib. Diqqət çəkən əsas məqamlardan biri isə yükün üzərinin xüsusi örtüklə (tentlə) bağlanmamasıdır.

Belə vəziyyətdə hərəkət zamanı yükün yola tökülməsi, arxadan gələn nəqliyyat vasitələrinə ziyan vurması, avtomobillərin ön şüşələrinin sınmasına və hətta ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olması istisna edilmir. Bu isə digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, daşınan yük elə yerləşdirilməli və bərkidilməlidir ki, onun yola tökülməsi, ətrafa dağılması və digər hərəkət iştirakçıları üçün təhlükə yaratması istisna olunsun. Bu tələblərin pozulması qanunvericiliklə inzibati məsuliyyət yaradır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir