Belarusa qaçan polşalı hərbçi asılmış vəziyyətdə tapılıb

Dünya

Belarusa qaçan polşalı hərbçi Emil Çeçko Minskdə yaşadığı ünvanda asılmış vəziyyətdə tapılıb.

Bu barədə Belarusun İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, müstəntiqlər əsgərin ölüm şəraitini müəyyənləşdirir.

Ekspertlər ölümün zorakılıq xarakteri daşımasını istisna etmirlər.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin olunub və bu iş Belarus Dövlət Məhkəmə Ekspertizası Komitəsinin mütəxəssislərinə həvalə edilib.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin 16-cı Pomeraniya mexanikləşdirilmiş diviziyasının əsgəri Çeçko ötən il dekabrın 16-da sərhədin Belarus tərəfinə keçib və Polşanın miqrantlara qarşı sərt siyasəti ilə razılaşmadığı üçün Belarusdan sığınacaq istəyib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir