Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan, xalqı parlaq gələcəyə aparıb, ən taleyüklü məqamlarda vacib addımlar atan dahi şəxsiyyətlər var olmuşdur.
Xalq belə insanları daim qürurla anır və onları yaddaşlarda yaşadır.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Azərbaycan xalqının tarixində müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Bu məktəbin sirlərini öyrənmək, onun bizə töhfə qoyub getdiyi zəngin irsi gələcək nəsillərə
layiqincə ötürmək biz- təhsil ictimaiyyətinin üzərinə düşür.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində Bünyadəli Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdə tədbir keçirildi.Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadə iştirak
edirdi. İlk öncə Suraxanı məktəbləri arasında I yerə layiq görülən 285 nömrəli tam orta məktəbin “Şahinlər” hərbi komandası təntəli marş ilə keçid etdilər. Sonra məktəbin idmançıları və gimnastları döşək üstə öz idman nömrələrini nümayiş etdirdilər. 7d sinif şagirdlərinin təqdimatında “Üçrəngli bayraq” rəqsi ilə məktəbin həyətindəki tədbir tamamlandı.
Tədbirin bədii hissəsi məktəbin Akt zalında davam etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Aparıcı Ümummilli Lider Heydər Əliyev haqqında geniş məlumat verərək Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx tədbir iştirakçılarına təqdim olundu. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər. 5a, 3b, 3c sinif şagirdlərindən ibarət xorun ifasında mahnılar oxundu.
Ev təhsilinə cəlb olunmuş 9c sinif şagirdi Ağazadə Aydın məktəbin silsilə tədbirlərinə qatılır, məruzələr söyləyir, videoçarxlar hazırlayır. Bugünki tədbirimizə Aydın Təhsil TV-yə dahi lider Heydər Əliyev haqqında verdiyi müsahibəsini töhfə olaraq tədbir iştirakçılarına göndərmişdi.
Aydının müsahibəsi hər kəsi duyğulandırdı. Onun necə vətənpərvər olduğununun bir daha şahidi olduq. Məktəbin 10a sinif şagirdi Mehdizadə Nəzrin və 11c sinif şagirdi Mehdizadə Mehdi “Azərbaycan” mahnısını rəqs edərək tədbirə rəngarənlik qatdılar. Suraxanı İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadə tədbir iştirakçılarına Heydər Əliyev irsinin davam etməsi üçün gənclərin çox böyük rolu olduğunu vurğuladı. Sonda isə məktəbin direktoru Nuranə Yəhyayeva Ümummilli Liderimizin Azərbaycan xalqının həyatındakı əvəzsiz rolundan danışdı və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.












www.102info.az
