Şəhidin xatirəsinə həsr olunmuş futbol turniri keçirildi – FOTO

Cəmiyyət

44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanı İbrahimov Atiq Ariz oğlunun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

Oxu.Az-ın məlumatına görə, turnir Mingəçevir şəhər stadionunda baş tutub.

Region liqasının kubokunun 1/4 finalında “Energetik” F.K. (Mingəçevir) və “Cəbrayıl” F.K. (Cəbrayıl) qarşılaşıb.

“Energetik” F.K. futbolçuları meydançaya şəhidin üstündə şəkili əks olunan köynəklərdə çıxıblar. 

Oyun başlamadan A.İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1:2 hesabı ilə başa çatan oyunda qonaqlar qələbə qazanıblar.

Növbəti qarşılaşma Sumqayıtda olacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir