Xızı polisi şəhid ailələrini ziyarət edib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində canından keçən igid oğullarımızın ailələrini ziyarət ediblər.

Şəhidlərin valideynləri ilə həmsöhbət olan polislər, onların qayğıları ilə maraqlanıb, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə gətirdikləri sovqatları təqdim ediblər. Görüşlər zamanı Vətən müharibəsində əldə etdiyimiz qələbənin şəhidlərimizin, qazilərimizin və hazırda xidmətini davam etdirən mərd oğullarımızın sayəsində əldə edildiyi vurğulanıb.

Şəhid ailələri onlara göstərilər diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin bütün kollektivinə təşəkkür ediblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir