“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Şirvanda qurulacaq

Gündəm

“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.

İB-dən Redaktor.az-a bildirilib ki, bu dəfə “Səyyar qəbul otağ”ı Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10 ünvanında (Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında) təşkil olunacaq. Martın 29-u saat 12:00-dan 14:00-dək sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir