Quranı ələ salan stand-upçı saxlanıldı – Atası da…

Şou-biznes

Türkiyəli tanınmış komediyaçı Deniz Göktaş İstanbul Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Patrul.az xəbər verir ki, buna İstanbul Baş Prokurorluğu tərəfindən sənətçiyə qarşı müqəddəs Quranı lağa qoyması və dini dəyərləri təhqir etməsi iddiası ilə başladılan cinayət işi səbəb olub.

Məlumata görə, xarici səfərdən ölkəsinə qayıdan D.Göktaş hava limanında pasport yoxlanışı zamanı nəzarətə götürülüb. İstintaq orqanından verilən açıqlamada bildirilir ki, Prezident Aparatı Rabitə Mərkəzinə (CİMER) eyni mövzu ilə bağlı daxil olan 185 vətəndaş müraciəti kollektiv şəkildə qiymətləndirilib. Nəticədə şübhəli şəxs barəsində Türkiyə Cəza Qanununun “Xalqın bir kəsiminin mənimsədiyi dini dəyərləri alənən aşağılama” maddəsi ilə rəsmi araşdırma başladılıb.

Qeyd edək ki, ictimaiyyətdə ciddi narazılığa səbəb olan hadisə sənətçinin Harbiyedə səhnələşdirdiyi və iyunun 25-də “YouTube” platformasında yayımladığı “Ölü dəniz” (Ölü Deniz) adlı stand-up şousu zamanı baş verib. O, çıxışında səmavi kitabları nəzərdə tutaraq, “İlk üç kitab yaxşı idi, dördüncü kitabda tərcümə zəifdir. Məncə, bu dörd kitabdan ən yaxşısıdır, birincisi, 600-cü illərdə iddialı bir debütdür. Yazıçı üçün də çox çətindir, əgər ağlına yeni bir fikir gəlsə, biz ‘son kitab’ deyirdik” ifadələrini işlədib.

İstintaq çərçivəsində aparılan əlavə araşdırmalar zamanı komediyaçının ailə keçmişi ilə bağlı bəzi məqamlar da üzə çıxıb.

Belə ki, D.Göktaşın atası Kamal G.-nin keçmişdə ictimaiyyəti təhrik etmə, qanunsuz silahlanma, hədə-qorxu ilə pul toplama və terror təşkilatını silahla təmin etmə cinayətlərində iştirakı müəyyən edilib. Onun həmçinin Çorum şəhər mərkəzində polis zabiti Muzaffer Yeşilyurtun şəhid edilməsi və polis zabiti Mehmet Bektaşın yaralanması ilə nəticələnən silahlı insidentdə iştirak etdiyi bildirilir.
Keçmiş məhkum olan Kamal G. müvafiq cinayətlərə görə 1988 və 1991-ci illərdə həbs edilib, sonuncu dəfə isə 1999-cu ildə azadlığa buraxılıb.

Hazırda faktla bağlı başladılan istintaq hərəkətləri davam etdirilir.

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir