Bakı-Ağstafa qatarı ilə gedənlərə ŞAD XƏBƏR: Bu tarixlərdə əlavə reyslər olacaq!

Baş səhifə

6-31 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Patrul.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, qatar Bakıdan bazar ertəsi və çərşənbə günləri, Ağstafadan isə çərşənbə axşamı və cümə axşamı günləri hərəkət edəcək.

Məlumata görə, sərnişinlər sözügedən biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, Bakı-Qazax-Bakı marşrutu üzrə qatar reysləri isə əvvəlki qaydada gündəlik təşkil olunur.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir