15 iyun – Milli Qurtuluş Günü münasibətilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Ali Hərbi İnstitutunun kursantları Fəxri Xiyabanda olaraq müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Ziyarət zamanı Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, dahi rəhbərin əziz xatirəsi böyük ehtiram və dərin minnətdarlıq hissi ilə anılıb. Kursantlar Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquq-mühafizə orqanlarının inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində gördüyü misilsiz xidmətlərə bir daha şahidlik ediblər.
Tədbir çərçivəsində həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
Bu ziyarət, kursantların milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasında, dövlətçilik ənənələrinə bağlılığın gücləndirilməsində mühüm rol oynayır və Ulu Öndərin ideyalarına sadiqliyin bariz nümunəsidir.















102info.az
