Zaqatalada Sərxoş və Narkotik Vasitənin Təsiri Altında Avtomobil İdarə Edən Sürücülərə Qarşı Reyd Keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Zaqatalada narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir