İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Babək Əzizovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün sürücüyə “saxla” işarəsi verilib.
Sənədləri yoxlanılarkən B.Əzizovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə B.Əzizovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir