Hacıqabul RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində tədbirlər davam etdirir

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində tədbirlər davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 102info.az-a verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb. Qayda pozuntularına yol verən sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir