Yardımlı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Yardımlı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Tahirli kəndi ərazisində məişət tullantılarının qalaqlanması halları aşkarlanıb. Qeyd edilən halla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir