Daxili İşlər Nazirliyi “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Daxili İşlər Nazirliyi “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb.


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.
Həmçinin

  • Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla)
  • Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla)
  • Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla)
  • Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar
  • Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter
  • Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla)
  • Dronlar və digər uçan cihazlar,
  • Megafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri
  • Soyuducu qutular, pikinik üçün səbətlər
  • Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar
  • İri əşyalar və bel çantaları,
  • Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər
  • Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir