“Valensiya” gürcüstanlı qolkiperini satışa çıxarıb

Dünya




“Valensiya” klubu gürcüstanlı qolkiperini satmaq qərarına gəlib.

Məlumata görə, hazırda İspaniya klubunda çıxış edən Georgi Mamaradaşvili “Valensiya”dan ayrılmaq istəmədiyini deyib.

“Əslində xəyalım burada yola davam etməkdir. Amma bu mənim yox, klub rəsmilərinin qərarı olacaq. Nə olacağını mövsümün sonunda görəcəyik”.

Qeyd edək ki, “Valensiya” klubu qolkiper üçün gələn ən yüksək təklifi qəbul edəcək.

Mənbə: Marca.com

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir