Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər

Dünya




Ötən ilin sentyabr ayında Türkiyə millisi ilə yolları ayrılan almaniyalı mütəxəssis Stefan Kuntzun adı Azərbaycan millisi ilə hallanır.

Bu iddia ilə Almaniya mətbuatı çıxış edib.

İddiada qeyd olunub ki, mütəxəssislə Kanadanın və Azərbaycan milli komandasının rəhbərliyi danışıqlar aparıb, lakin 61 yaşlı mütəxəssis hələ heç bir tərəfə yekun qərarını açıqlamayıb.

Bundan əlavə, xəbərdə Almaniyanın “Bavariya” klubunun da mütəxəssisin xidmətində maraqlı olduğu söylənilir.

Mənbə: Fussballtransfers

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir