Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? – RƏSMİ CAVAB

Cəmiyyət
Spread the love




Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızın itkin düṣməsi ilə əlaqədar Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Hazırda həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Onun narkotik istifadəçisi olması ilə bağlı əvvəllər də yayılmıṣ iddialar RPŞ-də araşdırılıb, müvafiq ekspertiza rəyinə əsasən bu iddialar təsdiqini tapmayıb.

Almaz Qasımova

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir