Şahzadə Harrinin jurnalistin sualına cavabı hər kəsi təəccübləndirdi

Dünya
Spread the love




Şahzadə Harri Londonda “Invictus Games”in (“Məğlubedilməzlərin Oyunu” – hərbi xidmətdə yaralanmış və ya əlil olmuş keçmiş və hazırkı hərbi qulluqçular üçün beynəlxalq çoxnövçülük yarışıdır) 10-cu ildönümü ilə bağlı mərasimdə iştirak edib.

Məlumata görə, tədbirdən sonra jurnalistlərdən biri Şahzadə Harrinin evdə olduğuna görə özünü xoşbəxt hiss edib-etmədiyini soruşub. Sasseks hersoqu jurnalistlə salamlaşıb, lakin suala cavab verməyib. Jurnalist sualı təkrarlayanda kral ailəsinin üzvü ona gülümsəyib, sonra da – “Sizi görməyimə şadam!” – deyib və gedib.

Qeyd edək ki, aprel ayında məlum olmuşdu ki, Sasseks hersoqu Böyük Britaniya ilə əlaqələri kəsib. Onun hazırda ABŞ-də yaşadığı bildirilir.

Mənbə: Gazeta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir