Daşkəsəndə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq hadisələri törədən İmran Abdullayev, Qismət Süleymanov, Elvin Həsənov və Röyal Verdiyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 102info.az-a verilən məlumata görə,
onlar müxtəlif vaxtlarda 8 mənzildən dəyəri 5000 manat olan məişət və elektrik avadanlıqları oğurlayıblar. Maddi sübutların bir qismi saxlanılanlardan aşkarlanıb, araşdırmalar davam etdirilir.



www.102info.az
